...

"Belçika Azərbaycan Evi"nin rəhbəri YAP-ın icra katibi Əli Əhmədovla görüşüb

Cəmiyyət Materials 18 Dekabr 2006 17:18 (UTC +04:00)

Bakıda səfərdə olan "Belçika Azərbaycan Evi"nin rəhbəri Bülənt Gürcam hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədovla görüş keçirib. Bu barədə Trend ə Bülənt Gürcam məlumat verib.

O bildirib ki, Bakıya 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar gəlib. Bakıda bir sıra görüşlər keçirən B.Gürcam Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov, millət vəkilləri Sabir Rüstəmxanlı, Fəzail Ağamalı və başqa şəxslərlə, ictimai, siyasi xadimlərlə görüşləri nəzərdə tutulub.

YAP funksioneri Əli Əhmədovla görüşdə diaspor məsələləri ətrafında fikir mübadiləsi aparılıb. B.Gürcam Azərbaycan disaporunun inkişafına dair təklif və ideyalarını Əli Əhmədovun diqqətinə çatdırıb: "Həmçinin dövlət başçısı ilə görüşmək görüşmək istədiyimi dedim və bu təklifimi Prezidentə çatdırmasını Əli Əhmədovdan da xahiş etdim. Bizim diasporla bağlı yeni ideyalarımız, planlarımız var və hesab edirik ki, bunları prezidentin diqqətinə çatdırmalıyıq"-deyə B.Gürcam qeyd edib.

O, həmçinin deyib ki, gələn ilin ilk yarısında Brüsseldə Azərbaycan günləri keçiriləcək. B.Gürcamın sözlərinə görə, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin maddi yardımı ilə baş tutacaq tədbirin təşkilati və hazırlıq işlərinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti