...

Teleradio Şurası dekabrın 22-də "Lider TV"-nin lisenziya müddətini uzadacaq

Cəmiyyət Materials 20 Dekabr 2006 13:28 (UTC +04:00)

Milli Televiziya və Radio Şurasının dekabrın 22-də keçiriləcək iclasında "Lider" televiziyasına yayım üçün xüsusi razılıq - lisenziyanın uzadılması məsələsinə baxılacaq. Bu barədə Trend ə Teleradio Şurasından məlumat verilib.

Şuradan bildirilib ki, Azərbaycanda lisenziya məsələsinə baxılmamış 3 kanal qalıb - "Lider TV", "Lənkəran TV" və Zaqatalada yayımlanan "Aygün TV". Teleradio Şurasının növbəti iclasında "Lider" kanalının lisenziya müddətinin uzadılması barədə qərar olacaq. "Lənkəran" və "Aygün" tekanallarının məsələsinə isə gələn ilin yanvar ayında baxılacaq.

Şuranın dekabrın 22-də keçiriləcək iclasında həmçinin Rusiyanın peyk vasitəsiə yayımlanan "NTV+" telekanlarının yayımı ilə bağlı müzakirələr aparıması nəzərdə tutulub. Qeyd edək ki, bu kanalın Rusiyadan kənarda yayılması qadağan edildiyindən Azərbaycan ərazisində kabel vasitəsilə yayımında yaranmış hüquqi problemlər müzakirə edilməlidir. Bunun üçün Teleradio Şurası "NTV+" şirkətinə rəsmi müraciət göndərib.

Xəbər lenti

Xəbər lenti