...

2007-ci ildə ATƏT Azərbaycanda diffamasiya haqqında qanunun qəbul edilməsi üzərində işləyəcək

Cəmiyyət Materials 29 Dekabr 2006 13:15 (UTC +04:00)

2007-ci ildə ATƏT Azərbaycanda diffamasiya haqqında qanunun qəbul edilməsi üzərində işləyəcək. Trend xəbər verir ki, bu barədə ATƏT Bakı ofisinin rəhbərinin müavini Robin Sivord bildirib.

O qeyd edib ki, ATƏT xüsusi nümayəndəsi Mikloş Haraşti bildirib ki, jurnalistlərə münasibətdə cəza forması kimi onların həbs edilməsinin aradan qaldırılması vacibdir. R.Sivord əlavə edib ki, digər Avropa institutları da bu fikirdədirlər.

ATƏT nümayəndəsi ümidini bildirib ki, Azərbaycan hökuməti 2007-ci ildə Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi üçün əlindən gələni edəcək. O həmçinin əlavə edib ki, ATƏT-in xüsusi nümayəndəsi M.Haraşti bu istiqamətdə işləycək.

Xəbər lenti

Xəbər lenti