...

"Qarabağ" futbol klubu hücumu gücləndirmək niyyətindədir

Cəmiyyət Materials 29 Dekabr 2006 15:29 (UTC +04:00)

"Qarabağ" futbol klubu yaxın vaxtlarda forvard Samir Musayevi əvəz etmək üçün idmançı axtarmaq fikrindədir.

Trend xəbər verir ki, hazırki mövsümdə "Bakı" klubuna keçid haqqında saziş bağlamış hücumçunun çempionatın ilk qarşılaşmasında "Şahdağ"a qarşı oyunda het-trik göstərməsinə baxmayaraq, o, ağdamlıların tərkibində özünü yaxşı göstərə bilməyib. Həm də komanda ölkənin gənclərdən ibarət yığmasında çıxış edən beş futbolçu ilə müqavilə imzalayaraq, birdən birə yeddi oyunçunu transfer edib.

Bununla bağlı komandanın baş məşqçisi Rasim Qara Türkiyədə axtarış etmək niyyətindədir və çox ehtimal ki, ən yaxın vaxtda "Qarabağ" bir neçə lazımi idmançını alacaq.

Xatırladaq ki, ağdamlılar bu mövsümdə ölkə Kuboku uğrunda mübarizədən də çıxaraq, birincilikdə uğursuz çıxış edirlər.

Xəbər lenti

Xəbər lenti