...

ANS-in tezliyinə elan olunmuş müsabiqə başa çatıb

Cəmiyyət Materials 8 Yanvar 2007 11:22 (UTC +04:00)

ANS televiziyası və ANS-CM radiosunun tezliyinə elan olunmuş müsabiqə başa çatıb. Bu barədə Milli televiziya və Radio Şurasının hüquq şöbəsindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu başa çatdırılıb. Bu müsabiqədə yalnız ANS iştirak edib. Bu teleşirkətdən başqa sənəd təqdim edən olmayıb. Hüquq şöbəsindən bildirilib ki, hazırda sənədlərə baxılma mərhələsidir. Teleradio Şurası bir ay müdətində sənədlərə baxacaq və nəticəni elan edəcək. Tezlik müsabiqəsinin şərtlərinə görə, tenderin qalibi 6 ay müddətində efirə çıxmalıdır.

Qeyd edək ki, fəaliyyətində qanun pozuntuları əsas gətirilərək ANS televiziyası və radiosunun yayımı Teleradio Şurasının qərarı ilə 24 noyabr 2006-cı il tarixdə dayandırılmış və onun tezliyinə müsabiqə elan olunmuşdu. Sonradan Teleradio Şurası ANS-in yayımının müsabiqənin sonunadək bərpa edilməsinə dair qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti