...

Azərbaycan MOK-un vitse-prezidenti – Hazırkı mövsümün əsas istiqaməti Pekinə putyovkaların qazanılmasıdır

Cəmiyyət Materials 11 Yanvar 2007 11:46 (UTC +04:00)

Azərbaycan idmançıları üçün bu ilin əsas məqsədi Pekinə putyovkaların qazanılmasıdır.

MOK vitse-prezidenti Çingiz Hüseynzadə Trend ə bildirib ki, bu mövsümdə gənc atletlərin ustalıq səviyyəsinin artırılması gözlənilir, onların əsasən yarış təcrübəsi çatmır. Ç.Hüseynzadə vurğulayıb: "Mən ümid edirəm ki, bu və ya digər kollektivlərə təqvim planını yerinə yetirməkdə 100 faiz kömək edə biləcəyik. Mən məsələnin maliyyə tərəfini nəzərdə tuturam, yəni komandalar mühüm yarışlarda öz gücünü sınaya bilsin, təlim-məşq toplantıları keçirə bilsin, yəni bütünlüklə öz proqramlarını həyata keçirə bilsinlər. Bu halda idmançılarımızın özlərini Olimpiadada yaxşı göstərəcəyinə arxayınlığımız böyük ola bilər".

Xəbər lenti

Xəbər lenti