...

Naxçıvanda tikilmiş qarışıq rejimli cəzaçəkmə müəssisəsində tamamlama işləri aparılır

Cəmiyyət Materials 11 Yanvar 2007 12:29 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında tikilmiş qarışıq rejimli cəzaçəkmə müəssisəsində tamamlanma işləri aparılır. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə rəisi Rafiq Ramazanov məlumat verib.

R.Ramazanov bildirib ki, tikinti başa çatıb və hazırda təmir işləri aparılır. Cəzaçəkmə müəssisəsi 1000 nəfərlik məhkum üçün nəzərdə tutulub. Müəssisə 2007-ci il ərzində istifadəyə veriləcək.

MQİBİ-nin tabeliyində fəaliyyət göstərəcək cəzaçəkmə müəssisəsi Avropa standartlarına uyğun inşa edilib. Müəssisədə həm ciddi, həm ümumi rejimli cəza çəkənlər, o cümlədən qadın və yeniyetmə məhkumlar saxlanılacaq. Məhkumlar ayrı-ayrı korpuslarda saxlanılacaqlar. Müəssisənin tikilməsində məqsəd Bakıdakı cəzaçəkmə müəssisələrindəki sıxlığı aradan qaldırmaq və Naxçıvan vətəndaşlarının öz məhkum yaxınlarına baş çəkmək üçün rahatlığını təmin etməkdir.

Qeyd edək ki, hazırda Şəkidə və Lənkəranda da qarışıq rejimli cəzaçəkmə müəssisələri inşa edilir. Yaxın gələcəkdə Azərbaycanın digər regionlarında da belə müəssisələrin inşası məsələsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti