...

Parisdə Cənubi Qafqazda qadın haqları məsələsi ətrafında müzakirələr keçiriləcək

Cəmiyyət Materials 13 Yanvar 2007 12:53 (UTC +04:00)

Yanvarın 15-də Parisdə keçiriləcək AŞ PA-nın kişi və qadın bərabərliyi üzrə Komitəsinin görüşündə Cənubi Qafqazda qadınalrın vəziyyəti ilə bağlı müzakirələr aparılacaq.

AŞ məlumatına istinadən Trend xəbər verir ki, komitə üzvləri Rusiyanı təmsil edən Svetlana Polenina ilə mülki hüquqda bərabərhüquqluluq prinsipinə dair fikir mübadiləsi aparmaq imkanına malik oalacaq.

Azərbaycanı konfransda AŞ PA-nın Azərbaycan nümayəndə heyətinin üzvə Elmira Axundova təmsil edəcək.

Həmçinin konfransda Ermənistan və Rusiya nümayəndələri də iştirak edəcək.

Konfrans açıq şəkildə keçiriləcək, mətbuatın iştirakına icazə veriləck.

Xəbər lenti

Xəbər lenti