...

Baş Konsul: "Sankt-Peterburqda yaşayan Azərbaycan vətəndaşlarına pasport verilməsi üçün konsulluqda sənədlərin qəbuluna başlanacaq"

Cəmiyyət Materials 16 Yanvar 2007 18:04 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsinin nümayəndələri Rusiyada yaşayan azərbaycanlılara pasportların verilməsi ilə bağlı Moskvaya və Sankt-Peterburqa gediblər. Bu barədə Trend ə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulu Qüdsi Osmanov məlumat verib.

Onun sözlərinə görə, DİN-in Pasport Qeydiyyat İdarəsinin inspektorları Əliyev Cavanşir və Abdullayev Elxan artıq Baş Konsulluqda yerləşiblər və burada fəaliyyət göstərəcəklər. Bəzi texniki məsələlər həll olunan kimi işə başlayacaqlar. DİN təmsilçiləri Baş Konsulluqda Sankt-Peterburqda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının sənədlərini qəbul edəcək, onlara pasport verilməsi üçün bu sənədləri Azərbaycana göndərəcəklər. Azərbaycanda pasportlar hazırlanıb Baş Konsulluğa göndəriləcək və vətəndaşlara paylanacaq. Eyni qayda ilə bu prosedur Moskvada da həyata keçiriləcək.

Qüdsi Osmanovun sözlərinə görə, Pasport Qeydiyyatı İdarəsinin əməkdaşları ən azı bir ay, ümumiyyətlə, Azərbaycan vətəndaşlarının problemləri tam həll edilənə qədər Sankt-Peterburqda qalacaqlar.

Baş Konsul DİN əməkdaşları ilə birgə azərbaycanlıların problemləri ilə tanışlıq məqsədilə yanvarın 31-də Kareliya vilayətinə rəsmi səfər edəcək. Baş Konsulluğun digər nümayəndələri isə artıq Murmansk, Arxanqelsk və digər vilayətlərində səfərdədirlər.

Q.Osmanov onu da əlavə edib ki, Baş Konsulluqda azərbaycanlıların müraciət etməsi üçün "Qaynar xətt" açılıb. 717-38-91 nömrəli telefonlara azərbaycanlılar zənc vuraraq öz problemlərini bildirir, arayışları gecikəndə tələb edirlər.

Xəbər lenti

Xəbər lenti