...

Azərbaycan Səhiyyə Nazirliyi Dövlət proqramının həyata keçirilməsinə başlayıb

Cəmiyyət Materials 17 Yanvar 2007 16:14 (UTC +04:00)

2007-ci ildə Azərbaycanın dövlət büdcəsindən səhiyyəyə 283 mln. manat ayrılıb ki, bu 2005-ci ildən 47% çoxdur. Bu bardə Trend in verdiyi xəbərə görə, Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev xəbər verib.

Onun sözlərinə görə, əsas məsələ bu vəsaitlərin səmərəli istifadəsidir və bu baxımdan ünvanlı maliyyələşmə lazımdır. Vəsaitlərin paylanması istiqamətlərinə toxunaraq nazir qeyd edib ki, pulsuz dərman preparatlarına, xəstələrin qidalanmasına, müasir tibb avadanlıqlarının alınmasına çəkilən xərclər dəyişməz qalacaq.

"Vəsaitlərin müəyyən bir qismi xroniki xəstələrin dərmanlarla təmin olunmasına xərclənəcək. Bu günə qədər biz hemofiliyalı və talassemiyalı xəstələr üçün dərman preparatları almışıq. Biz bu məsələni Heydər Əliyev Fondu tərəfindən talessemiyalı xəstələr üçün mərkəzin tikilməsindən sonra tamamilə həll etmək ümidindəyik"-deyə nazir hesab edir.

Bu il, talessimiliyalı və hemofiliya irsi xəstəliklərin, xroniki böyrək çatışmamazlığı, yolxucu xəstəliklərin immunprofilaktikası və onkoloji xəstələrin şişləri əleyşhinə həyat əhəmiyyətli preparatların təmini, qan, qan komponentləri xidmətləri və donorluğun inkişafı dövləti proqramı üzrə işlər həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti