...

"Qarabağ" futbol klubu Vaqif Cavadovla kontrakt imzalayıb

Cəmiyyət Materials 29 Yanvar 2007 15:13 (UTC +04:00)

"Qarabağ" futbol klubu Azərbaycan yığmasının hücumçu forvardı Vaqif Cavadovla kontrakt bağlayıb.

Ağdamlıların rəsmi saytına istinadən Trend xəbər verir ki, forvard ölkə çempionatının ikinci dövrəsində yüksək yer üçün gərgin mübarizə keçirəcək komandanın təklfini sevinclə qarşılayıb. 17 yaşlı hücumçu klubda qış tansfer pəncərəsində "Bakı"ya keçən Samir Musayevi əvəz edəcək. V.Cavadovun kollektivə dəvətinin təşəbbüsçüsü "Qarabağ"ın sükançısı, heyətin gəncləşdirilməsi istiqamətini tutmuş Rasim Qara olub.

Qeyd etmək lazımdır ki, əvvəlcə Vaqif Moskva SSKA üçün çıxış edib, daha sonra öz gücünü Azərbaycan yığmasında sınamaq qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti