...

Azərbaycan taekvondoçuları Trelleborg Open turnirində çıxış edəcəklər

Cəmiyyət Materials 2 Fevral 2007 15:32 (UTC +04:00)

Azərbaycanın taekvondo komandası fevralın 3-4-də İsveçdə keçiriləcək Trelleborg Open ənənəvi beynəlxalq turnirdə çıxış edəcəklər.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, kollektivə Rövşən Məmmədov (67 kq), Ramin Əzizov (78 kq) və Ruslan İbrahimov (+84 kq) daxildir. Bu zaman gənclər arasında Səbuhi Zülfüqarovun rəhbərliyi altında Kamal Əhmədzadə (48 kq), İmran Zalov (55 kq), Zakir Abdullayev (59 kq), Məhəmməd Əzizli (73 kq), Rahib Həsənov (78 kq) və Aydın Bahmalov (+78 kq)
çıxış edəcəklər.

Dəstənin əsasını bu yaxınlarda keçirilən ölkə çempionatının mükafatçıları təşkil edir. Onlar beynəlxalq arenada özlərini göstərməyə çalışacaqlar.

Həmçinin komanda ilə birlikdə yarışda iştirak edəcək beynəlxalq kateqoriyalı hakim Etibar İbrahimov da İsveçə yola düşüb.

Xəbər lenti

Xəbər lenti