...

Azərbaycan ombudsmanı Milli Məclis qarşısında illik hesabatla çıxış edəcək

Cəmiyyət Materials 2 Fevral 2007 17:24 (UTC +04:00)

Martın 9-na Azərbaycanın insan haqları üzrə səlahiyyətli nümayəndəsi Elmira Süleymanovanın 2006-cı ildə fəaliyyəti ilə bağlı illik hesabatla ölkə Milli Məclisi qarşısında çıxışı nəzərdə tutulub. Bu barədə eksklüziv olaraq Trend ə ombudsman Elmira Süleymanova bildirib.

Onun sözlərinə görə, bu, institut yaradılandan Azərbaycanda insan haqları üzrə səlahiyyətli nümayəndənin sayca dördüncü hesabatıdır. Bir qayda olaraq hər il fevral ayının sonunda ombudsmanın hesabatı Azərbaycan prezidentinə təqdim edilir, mart ayında isə parlamentdə dinlənilir.

Hazırkı hesabata ölkədə insan haqlarının qorunması ilə bağlı vəziyyətin qiymətləndirilməsi, institut tərəfindən bu sahədə dövlət strukturları, QHT və KİV-lərlə birgə görülmüş iş və monitorinqlər daxildir.

Xəbər lenti

Xəbər lenti