Bakının Olimpiya idman kompleksində bədii gimnastika üzrə Bakı 14-cü birinciliyi başa çatıb.
Azərbaycan Bədii Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata əsasən, turnirdə Bakının dörd idman icmasından 60 gimnast iştirak edib. Həmçinin müsabiqədən kənar proqramda Gəncə və Sumqayıtın gənc idmançıları çıxış edib. Gimnastlar üç yaş kateqoriyasına bölünmüş və idmanın müxtəlif növlü yarışlarında qaliblər və mükafatçılar müəyyən edilib.
1993-1995-ci il təvəllüdlü gimnastların yarışlarında "Həmkarlar İttifaqları"nın nümayəndəsi Nərgiz Əliyeva 81.55 balla birincilik əldə edib. İkinci yeri onun həmklubçusu Kəmalə Məmmədova (80.6 balla), üçüncü yeri gimnastika məktəbinin yetirməsi Nigar Əbdülsəlimova (79.25 balla) əldə edib.
1996-1997-ci il təvəllüdlü gimnastlar arasında yenə də 81.1 bal toplamış Aişə Mustafayevaya bərabər olan olmayıb. Yarışı udan "Həmkarlar İttifaqları"nın gənc gimnastı turnirlə eyni vaxta düşmüş ad gününə özünəməxsus hədiyyə edib. İkinci və üçüncü yerləri respublika idman kompleksi məktəbindən olan Yekaterina Prokopenko (79.55) və Lalə Yusifova (79.25) tutub.
1998-1999-cu il təvəllüdlü gimnastlar arasında ən yaxşı - respublika idman kompleksi məktəbindən olan 53.55 balla Elnarə Dadaşova olub. Onun ardınca Cənnət Məmmmədova (51.4 "Həmkarlart İttifaqları") və Gülsüm Şəfizadə (50.9 balla, respublika idman kompleksi məktəbi) yer alıb.
Federasiyanın mətbuat xidmətindən qeyd olunub ki, yarışın gedişində Azərbaycan gimnastları ilk dəfə olaraq yerli tamaşaçılar qarşısında 29 iyun -1 iyul tarixində Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşan 5 cavan cütlük qrup məşqlərində toppuzla çıxış edib.
Qrupun məşqçiləri Natalya Bulanova ıə İrina Qluşakın qiymətlərinə əsasən, Estoniyada 10-11 fevral tarixində keçiriləcək birinci beynəlxalq start komandaya ilk növbədə öz gücünə əminlik verir. Qrupun əsas tərkibinə Nigar Mirzəyeva, Ceyla Quliyeva, Esmira Orucova, Əzizə Səlimbəyova və Cəmilə Hüseynova daxildir.
Fərdi gimnastlara gəlincə, Bakıda keçiriləcək Avro-2007-yə hazırlıq çərçivəsində Dinarə Gimatova da həmçinin Estoniyada çıxış etməyi planlaşdırıb. Anna Qurbanova Aliyə Qarayevlə birgə fevralın 10-da İtaliyada klub çempionatırın ikinci turunda "A" seriyasında iştirak edəcək. Zeynəb Cavadlı isə Moskvaətrafı Novoqorskda təlim-məşq yığmalarındadır və həmin yığmalarda rusiyalı məşqçilər onun proqramını mükəmməlləşdirir.