...

Bu gün ANS-in lisenziyası barədə qərar çıxarılacaq

Cəmiyyət Materials 9 Fevral 2007 12:22 (UTC +04:00)

Bu gün - fevralın 9-da ANS televiziyası və radiosunun lisenziya müddətinin uzadılıb-uzadılmaması ilə bağlı qərar çıxarılacaq. Bu barədə Trend ə Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Teleradio Şurasının bu gün keçiriləcək iclasında ANS-in tezliyinə elan olunmuş müsabiqənin yekunları barədə qərar çıxarılacaq. İclasda ANS-in təsisçiləri də iştirak edəcək.

Qeyd edək ki, Teleradio Şurası ötən ilin noyabr ayında ANS-in teleradio yayımı haqqında qanunun tələblərini pozduğunu əsas gətirərək telekanalın yayımının dayandırılması və onun tezliyinə müsabiqə elan olunması barədə qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti