...

Təhsil naziri: Heydər Əliyevin anadan olmasının 84 illiyi münasibətilə respublika olimpiadası keçiriləcək

Cəmiyyət Materials 16 Fevral 2007 18:49 (UTC +04:00)

Heydər Əliyevin anadan olmasının 84 illiyi münasibətilə təhsil müəssisələrinin hamısında xüsusi tədbirlər həyata keçiriləcək. Trendin verdyi məlumata görə bu barədə təhsil naziri Misir Mərdanov xəbər verib.

Nazirin sözlərinə görə nazirliyin kollegiya iclasında qərara alınıb ki, Heydər Əliyevin doğum günü münasibəti ilə orta məktəblərdə müxtəlif fənlər üzrə olimpiadalar, rəqs yarışları, inşa yazı müsabiqələri və s. tədbirlər keçiriləcək.

M. Mərdanov bildirib ki, bu məsələ ilə bağlı bütün rayon Təhsil idarələrində xüsusi yığıncaqlar keçiriləcək və tədbirin layiqli keçirilməsi üçün hazırlıq işləri görüləcək.

Xəbər lenti

Xəbər lenti