...

" Xocalı soyqırımı Azərbaycan mətbuatında " mövzusu media nümayəndələrinin müzakirəsinə çıxarılıb

Cəmiyyət Materials 23 Fevral 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ermənistanın informasiya saytları, internet portalları Azərbaycan media orqanlarından bəzi materialları toplayıb bizim əleyhimizə istifadə edirlər. Bu fikirlər f evralın 23-də "Xocalı soyqırımı Azərbaycan mətbuatında" mövzusunda keçirilən dəyirmi masa da səsləndirilib.

Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə qəzet redaktorları, ziyalılar, media nümayəndələri Xocalı soyqırımının işıqlandırılması zamanı yol verilən nöqsanlardan danışıb, bəzi qəzetçilərin hətta ermənipərəst mövqeyə xidmət edən yazılar yazmasını tənqid ediblər. "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Xocalı soyqırımı ilə bağlı məruzə edib, hadisənin xüsusi amansızlıqla, insanların yaşına, cinsinə məhəl qoymadan vəhşi metodlarla törədildiyini vurğulayıb. B.Sadıqov üzvü olduğu Milli Təhlükəsihlik Naziriyinin Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyasında Xocalı soyqırımı ilə bağlı faktların toplandığını, araşdırmaların hələ davam etdirildiyini, həmçinin hərbi prokurorluğun da ciddi işlər gördüyünü deyib. "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli təklif edib ki, bütün media orqanlarının internet səhifələrində genosid bölməsi yaradılsın, Xocalı soyqırımının ildönümü günü bütün qəzetlər eyni manşeti - dünyanın soyqırımı tanıması tələbi çap olunsun.

Toplantıda həmçinin məlumat verilib ki, Bakıda doğulmuş və Amerikada yaşayan bir gürcünün ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, həmçinin qondarma erməni iddiaları barədə onları ifşa edən kitabları çap olunub. İngilis və rus dillərində çap olunan "Unudulmuş genosid", "Yalançı və riyakar erməni iddiaları", "Ermənistan, Dağlıq Qarabağ - miflərin yaradılması" kitabları qeyri-azərbaycanlı olan bir şəxsin ermənilərin bədnam əməlləri barədə faktlar əsasında yazdığı obyektiv əsərlərdir.

Xəbər lenti

Xəbər lenti