...

Dini ədavət yaymaqda günahlandırılan "Sənət" qəzetinin jurnalistləri azadlığa buraxıla bilər

Cəmiyyət Materials 26 Fevral 2007 17:18 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.İbrahimxəlilova/Nəsimi rayon məhkəmsi "Sənət" qəzetinin jurnalistləri Samir Sədaqətoğlu və Rafiq Tağının işinə ədalətli yanaşsa, onların azadlığa çıxmaq şansları var. Bu barədə S.Sədaqətoğlunun hüquqlarını müdafiə komitəsinin rəhbəri Rasət Pirisoyev məlumat verib.

Qeyd edək ki, jurnalistlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283 saylı maddəsilə - məqalələrində dini ədavət yaymaqda günahlandırılır.

Rəhbərin sözlərinə görə, İnsan Haqları üzrə Avropa Konvensiyasına əsasən, müttəhimlərin özünü ifadəetmə azadlığı hüququ var. O, həmçinin qeyd edib ki, jurnalistlərin təxminən 3 ay saxlandığı 1 nömrəli istintaq izolyatorunda onlar işgəncə və zorakılığa məruz qalmayıb.

Xəbər lenti

Xəbər lenti