...

Mətbuat Şurasının sədri: "Eynulla Fətullayev barəsində verilmiş şikayətə martın 2-də baxılacaq"

Cəmiyyət Materials 28 Fevral 2007 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Realniy Azerbaydjan"-"Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin barəsində Mətbuat Şurasına verilmiş şikayətlərə martın 2-də baxılacaq. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Ə.Amaşov qeyd edib ki, martın 2-də Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçiriləcək. İclasda quruma daxil olmuş 10-a yaxın şikayətə baxılacaq. Onlardan biri "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin E.Fətullayevin barəsində verdiyi şikayətdir: "Şikayətdə bildirilir ki, "ats.az" saytında formuda iştirak edən E.Fətullayev sualları cavablandırarkən Xocalı soyqırımı barəsində həqiqətləri təhrif edib. 2 ildir sərt bəyanatlar verən E.Fətullayev xalqı təhqir edir. Şikayət bu məzmundadır və biz müraciətə baxacağıq. Mətbuat Şurası elektron KİV-lərlə də işləyir, ona görə şikayət barədə rəy çıxarılacaq. Sonra rəylər əsasında Mətbuat Şurasının İdarə Heyəti qərar çıxaracaq"-deyə Ə.Amaşov bildirib.

Xəbər lenti

Xəbər lenti