...

Sərbəst toplaşmaq azadlığının monitorinqinə başlanılıb

Cəmiyyət Materials 3 Mart 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend K.Zərbalıyeva/Əmək Hüquqlarının Müdafiəsi Liqası martın 1-dən sərbəst toplaşmaq azadlığının monitorinqinə başlayıb. Liqanın sədri Sahib Məmmədov bildirib ki, 9 ay davam edəcək monitorinq zamanı bu sahədəki vəziyyət öyrəniləcək, qanunvericilikdəki boşluqlar və təcrübədə rast gəlinən nöqsanlar araşdırılacaq. S. Məmmədov hesab edir ki, sərbəst toplaşmaq azadlığı digər hüquq və azadlıqlarla müqayisədə daha çox pozulandır. Bu səbəbdən də bu sahədə monitorinq aparılmasına zərurət var. Monitorinq zamanı sərbəst toplaşmaq azadlığı ilə bağlı qanunvericiliyin beynəlxalq qanunvericiliklə müqayisəli analizi aparılacaq. Həmçinin dövlət orqanlarında ayrı-ayrı təşkilatlara, siyasi partiyalara və ictimai birliklərə verilmiş imtina məktublarının da nə qədər əsaslı olub-olmadığı müəyyənləşdiriləcək. Monitorinqin nəticələri əsasında hazırlanacaq hesabat hökumətə, ATƏT-ə, Avropa Şurasının Venesiya Komissiyasına təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti