...

Strasburqda fəaliyyət göstərən Azərbaycan evi ölkəmizi tanıtmaqda davam edir

Cəmiyyət Materials 5 Mart 2007 17:21 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Strasburqdakı yerli ARES təşkilatının 8 mart münasibətilə "Qadın Hüquqları" mövzusunda təşkil etdiyi tədbirdə şəhərdə fəaliyyət göstərən "Azərbaycan Evi" Assosiasiyası da iştirak edib.

Azərbaycanın milli geyimlərinin sərgiləndiyi tədbirdə, Azərbaycan şairlərinin fransız dilinə tərcümə olunmuş şeirləri oxunub.

Bir çox xalqların nümayəndələrinin də iştirak etdiyi tədbirdə Azərbaycanın milli rəqsi olan "Tərəkəmə" hamının rəğbətini qazanib.

Böyük təmtəraqla keçən tədbirdə qonaqlara Azərbaycan mətbəxindən şirniyyatlar təqdim edilib.

Xəbər lenti

Xəbər lenti