...

Azərbaycanın yüngül atletika üzrə yığması tərkibi cavanlaşdırır

Cəmiyyət Materials 7 Mart 2007 11:36 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Azərbaycanın yüngül atletika üzrə yığması nəsil dəyişmə prosesini yaşayır. Milli Federasiyanın prezidenti Çingiz Hüseynzadənin məlumatına əsasən, hazırda tərkibin cavanlaşdırılması prosesi gedir. "Bu mövsüm yarışlarla çox zəngin olacaq və mövsümə gənclər arasında Avropa birinciliyi, Dünya Çempionatı, Universiada, Avropa olimpiya festivalı, dünya çempionatı daxildir. Buna görə də bizim işdə perspektivli atletləri nəzərdən keçirmək və birinci yığmaya namizədlərin aşkar olunması üçün yaxşı imkanımız olacaq", deyə o, qeyd edib.

Ç.Hüseynzadənin sözlərinə görə, yerli idmançılarımız artıq bu il İranda turnirdə uğurlu nəticələr nümayiş etdirib. İrandakı turnirdə onlar 6 mükafat əldə edib, həmçinin Moskva startlarından 2 medalla qayıdıb.

Xəbər lenti

Xəbər lenti