...

Gəncə Dövlət Kamera Orkestrinin yerləşdiyi bina təmir olunacaq

Cəmiyyət Materials 9 Mart 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə Dövlət Kamera Orkestrinin yerləşdiyi bina təmir olunacaq. Bu barədə məlumatı Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova verib.

Müsahibin sözlərinə görə, artıq Mədıəniyyət və Turizm Nazirlyinin mütəxəssisləri binaya baxış keçiriblər. "Bildirdilər ki, təmir işləri uzun müddət çəkməyəcək, 2 ay müddətinə işləri tam yekunlaşdırmaq mümkün olacaq. Təmir-bərpa işlərindən sonra bina çox gözəl görkəm alacaq. Təmir üçün lazım olan vəsaiti Mədəniyyət və Türizm Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və şəhər Mədəniyyət və Turizm İdarəsi ayıracaq" - deyən M.Məlikova qeyd edib ki, təmir-bərpa işlərinə martın sonunda başlanması planlaşdırlır.

Orkestrin yerləşdiyi bina 6-7 əsrlərdə tikilmiş qədim Alban məbədidir, bina 7 sütunlüdür, Mirzə Abbas Abbaszadə küçəsində yerləşir.

Xəbər lenti

Xəbər lenti