...

Naxçıvanda Heydər Əliyev adına Sarayda əsaslı yenidənqurma işləri aparılacaq

Cəmiyyət Materials 15 Mart 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir C.Qurbanoğlu/ Naxçıvanda Heydər Əliyev adına Sarayda əsaslı yenidənqurma işləri aparılacaq. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, artıq bununla bağlı olaraq binanın daxilindəki avadanlıqlar tam boşaldılıb.

Saray binasının yenidənqurulması "Gəmiqaya LTD" Şirkətinə həvalə edilib. Şirkətin mühəndisi Mətin Dəmirin sözlərinə görə hazırda şirkət tərəfindən binanın yeni layihəsi hazırlanır və bu layihə əsasında görüləcək işlər xarici görünüşünə və müasir quruluşuna görə saray binasını regionda digər mədəniyyət ocağından fərqləndirəcək. "Saray binasınında yalnız əsas divarlar saxlanılmaqla digər komponentlərin hamısı yeniləri ilə əvəzlnəcək"-- Mətin Dəmir əlavə edib.

Saray binası 1984-cü ildə istifadəyə verilib. İndiyədək burada yüzlərlə müxtəlif dövlət tədbirləri, qastrol tamaşaları, konsert və müsabiqələr təşkil edilib. Hərəkətli səhnəyə malik, 50 məşq otağından ibarət saray binasının ümumi tamaşaçı tutumu 1400 nəfərdir. Saray 2005-ci ildən ümummilli lider Heydər Əliyevin adını daşıyır.

Xəbər lenti

Xəbər lenti