...

Ombudsman Aparatının əməkdaşları 16 saylı cəzaçəkmə müəssəsində monitorinq aparıblar

Cəmiyyət Materials 15 Mart 2007 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ombudsman Aparatının əməkdaşları martın 15-də 16 saylı cəzaçəkmə müəssəsində monitorinq aparıblar. Bu barədə məlumat verən ombudsman Elmira Süleymanova qeyd edib ki, həbsxanalarda apardıqları monitorinqləri davam etdirəcəklər.

"Bundan əvvəl 1,3, 9, 8 saylı həbsxanalarda və yeniyetmələrin cəzaçəkmə müəssəsində monitorinq aparmışıq", -deyə E.Süleymanova vurğulayıb.

O qeyd edib ki, monitorinqlər başa çatandan sonra cəzaçəkmə müəssələrindəki vəziyyəti qiymətləndirəcəklər və hər hansı problem aşkarlansa, onların aradan qaldırılması üçün müvafiq orqanlara müraciət olunacaq.

Xəbər lenti

Xəbər lenti