...

Həbsdə olan OMON-çuların əfvi üçün prezidentə müraciət olunub

Cəmiyyət Materials 17 Mart 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Həbsdə olan OMON-çuların əfv olunması üçün ölkə başçısına müraciət olunub. Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) üzvlərinin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Famil Süleymanov bildirib ki, 1995-ci ilin mart hadisələrinə görə, 340 OMON-çu, 400 nəfərə yaxın isə OMON üzvü olmayan şəxs cinayət məsuliyyətinə cəlb olunub. Cəzalandırılan OMON-çulardan 100-ə yaxını cəzasını çəkdiyi üçün azadlığa buraxılıb, qalan qismi isə ölkə başçısı tərəfindən əfv olunub.

Hazırda cəzaçəkmə müəssisələrində 8 OMON-çu cəza çəkir. Onlardan 2-i- Elçin Əmiraslanov və Dəyanət Kərimov ömürlük azdlıqdan məhrum ediliblər. Cəza çəkən OMON-çu məhkumlardan 2-si Səxavət Hümbətov (14 il) və Akif Hüseynov (11 il) ağır xəstədir və onların bağışlanması üçün hüquq müdafiəçiləri tərəfindən ölkə başçısına müraciət olunub.

1995-ci ilin mart hadisələrinə görə hazırda 5 nəfər axtarışdadır.

Xəbər lenti

Xəbər lenti