...

Millət vəkili Fəzail Ağamalının cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Baş Prokurorluğa vəsatət veriləcək

Cəmiyyət Materials 26 Mart 2007 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Millət vəkili Fəzail Ağamalının cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı deputat toxunulmazlığı ləğv edilən Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov Baş Prokurorluğa vəsatət verəcək. Nəsibov Trend ə bildirib ki, Abdullayevin həbsində heç bir siyasi motiv yoxdur və münaqişənin səbəblərini də istintaq araşdıracaq.

Fəzail Ağamalı isə bunu şərh vermək istəmədi.

Vəkil Nəsimi rayon məhkəməsinin qərarından sabah apellyasiya şikayəti verəcəklərini deyib. Şikayətdə Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya zaminə buraxılıma qətimkan tədbirləri ilə əvəzlənməsi xahiş olunur.

Vəkil həmçinin bildirib Ki, Abdullayevin tibbi müayinədən keçirilməsi ilə bağlı Baş Prokurorluğa verdiyi vəsatət təmin olunub. Bu günlərdə onun tibbi müayinədən keçirilməsi gözlənilir. Vəkilin sözlərinə görə, Abdullayev uzun müddətdir bel ağrılarından əziyyət çəkir.

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov 1 saylı Bayıl İstintaq Təcridxanasında deputat toxunulmazlığı ləğv edilmiş Hüseyn Abdullayevlə gürüşüb. Behbudov bildirib ki, Abdullayev saxlanma şəraitindən, təcridxanada ona olan münasibətdən şikayət etməyib.

Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün məhkəmənin qərarı ilə həbs edilib. Abdullayev hazırda bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Barəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq maddələri) ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb və istintaq aparılır

Xəbər lenti

Xəbər lenti