...

Qobustan həbsxanasındakı məhkumların aclığa başlaması rəsmən təsdiqləndi

Cəmiyyət Materials 28 Mart 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bu gün Qobustan qapalı həbsxanasında cəza çəkən bir qrup məhkum aclıq aksiyasına başlayıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin şöbə rəisi Rafiq Ramazanov Trend ə bildirib ki, aclıq aksiyasına başlayan ömürlük azadlıqdan məhrum edilmiş 10 nəfər məhkum cəzalarının 15 ilə endirilməsini tələb edir.

Ramazanov həmin məhkumların öz kameralarında saxlanıldığını, onların həkim nəzarətinə götürüldüyünü bildirib. Qeyd edib ki, aksiya keçirən məhkumlar saxlanma şəraitindən şikayətçi deyillər.

Aclığa başlayan məhkumların bir neçəsinin "Kars"a salınması barədə məlumatlar da Penitensiar Xidmət tərəfindən təsdiq olunmayıb.

Aksiya keçirən məhkumlar əsasən bir neçə ağır cinayətlərə görə ölüm cəzasına məhkum olunublar. 1998-ci ildə Azərbaycanda ölüm cəzasının ləğvindən sonra onların cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Həmin məhkumlar isə bu cəzanı ölüm cəzasından da ağır hesab edirlər.

Xəbər lenti

Xəbər lenti