...

Latviya Azərbaycanla ümumtəhsil məktəblərinin informasiyalaşdırılması sahəsindəki təcrübəsini bölüşəcək

Cəmiyyət Materials 31 Mart 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Latviyanın Elektron Hökumət Qurulması üzrə Xüsusi İşlər Nazirliyi Azərbaycanın Təhsil Nazirliyinə ümumtəhsil məktəblərinin informasiyalaşdırılmasında yardım etməyə hazırdır. Bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanovla görüşdə Latviyanın elektron hökumət yaradılması üzrə xüsusi işlər naziri İnna Qudel bildirib.

Onun sözlərinə görə, Latviya informasiyalaşdırma sahəsində məktəblərin internet şəbəkəsinə qoşulması, distant təhsil, multimedia laboratoriyalarının yaradılması və digər məsələlərdə yardım edə bilər. Latviya tərəfi Azərbaycanın təhsil nazirliyi ilə həmçinin elektron kitabxana və elektron dərs vəsaitlərinin yaradılması sahəsində də əməkdaşlıq etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti