...

Qrossmeyster Teymur Rəcəbov gənclər arasında FİDE reytinqində liderlik edir

Cəmiyyət Materials 2 Aprel 2007 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 20 yaşdan yuxarı olmajyan oyunçular arasında FIDE reytinqində öz liderliyini qoruryub.

Trend xəbər verir ki, yeni tərtib olunmuş dərəcə cədvəlinə əsasən bu il Veyk-An-Zee turnirində qələbə qazanan həmvətənlimiz mühüm fərqlə rəqiblərini qabaqlayır. İkinci yerdə norveçli Maqnus Karlsen, üçüncü yerdə isə ukraynalı şahmatçı Sergey Karyakin qərarlaşıb. Eyni zamanda ən güclü 100 şahmatçı siyahısında da Teymur 8 ci yeri tutub.

Maraqlıdır ki, 18-ci yeri isə ötənilki Avropa çempionatının yekunlarına görə Xantı-Mansiyskdə dünya kuboku uğrunda mübarizə aparmış qrossmeyster Rauf Məmmədov tutub.

Xəbər lenti

Xəbər lenti