...

Bakıda "Heydər Əliyev və Azərbaycanda dini siyasət: reallıq və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilir

Cəmiyyət Materials 3 Aprel 2007 13:30 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycanın dini siyasəti Heydər Əliyevin demokratik dövlət quruculuğunun Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən qaynaqlanan kursuna əsaslanır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin bu gün Bakıda işə başlamış "Heydər Əliyev və Azərbaycanda dini siyasət: reallıq və perspektivlər" mövzusunda beynəlxalq konfransa ünvanladığı müraciətində bildirilib.

"Bu gün Azərbaycanda müxtəlif dini konsessiyaların sülh şəraitində mövcudluğu üçün bütün şərtlər yaradılıb", müraciətdə qeyd olunub.

Azərbaycan bütün dünyaya dini tolerantlıq üçün yaxşı nümunə ola bilər. Bu barədə konfransın açılışında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov bəyan edib. Tarixən Azərbaycan müxtəlif dinlər və mədəniyyətlərin qovşağı olub. Bu siyasət müstəqillik əldə olunduqdan sonra da davam etdirilir. Dövlət Komitəsinin rəhbəri Azərbaycanda yaşayan müxtəlif dini konsessiyaların ibadət hüququnun təmin olunmasında Heydər Əliyevin rolunu yüksək qiymətləndirib. Azərbaycanda tolerantlıq sox dərin köklərə malikdir və Azərbaycan xalqının mentalitetinin əsas xüsusiyyətlərindən biridir. Bu barədə Qafqaz müsəlmanlarının mənəvi lideri Hacı Allahşükür Paşazadə çıxışında qeyd edib. O, Azərbaycanda dini sabitliyin qorunması və saxlanmasında Heydər Əliyevin xidmətlərini xüsusilə qeyd edib. O, həmçinin konfrans iştirakçılarının diqqətini Azərbaycanın zəbt olunmuş torpaqlarında olan Azərbaycanın tarixi-dini abidələrini məhv etmiş ermənilərin varvar hərəkətlərini çatdırıb. Şeyxülislam dünya ictimaiyyətini təcavüzkar Ermənistanın hərəkətlərinə təsir etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti