...

Azərbaycan çempionatıbda ən güclü gimnastlar iştirak edir

Cəmiyyət Materials 6 Aprel 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Bədii gimnastika üzrə Azərbaycan çempionatı aprelin 6-da "Olimpiya" idman kompleksində start götürüb.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, müsabiqədə Dianara Giamatova, Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı da daxil olmaqla respublikanın aparıcı idmançıları iştirak edir. Müsabiqənin ilk iki günündə, müxtəlif növlər üzrə qaliblər müəyyən olunacaq. Sonuncu gün isə ayrı-ayrı növlər üzrə ayrıca final görüşləri keçiriləcək və Qala-konsert təşkil olunacaq.

Qeyd edək ki, ötən il ölkənin mütləq çempionu adına bu adı yenə də qorumağa çalışan D.Gimatova layiq görülmüşdü.

Xəbər lenti

Xəbər lenti