...

Tünzalə "Mənim Vətənim" layihəsini bitirmək üzrədir

Cəmiyyət Materials 17 Aprel 2007 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı 17 aprel Trendlife müx. Eldar Hüseynzadə/Məhşur müğənni Tünzalə Ağayevanın prodüsseri Yalçın Cabbarovun Trendlife-a verdiyi məlumata görə, müğənni böyük konsert layihəsi hazırlayır. Onun sözlərinə görə, "Mənim Vətənim" layihəsi məhşur cazmen Cəmil Əmirovla birlikdə hazırlanır. Layihənin özəlliyi ondan ibarətdir ki, Tünzaləni bir neçə obrazda görəcəklər.

O, Azərbaycan klassik musiqiçilərindən Asəf Zeynallının, Fikrət Əmirovun, Rafiq Babayevin əsərlərinə yazılmış mahnılarını ifa edəcək. Artıq onların kompozisiyaları oranjiman olunub. Payıza yaxın "Mənim Vətənim" layihəsi başa çatacaq və Tünzalə nəinki Bakıda, hətta Azərbaycandan kənarda da konsert verəcək. Layihə təkcə yerli dinləyicilər üçün deyil, həm də xaricilər üçün nəzərdə tutulub. Məhz ona görə də konsert xarici ölkələrdə də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti