...

Amaliya Pənahova qəzəbli qayınana rolunda

Cəmiyyət Materials 17 Aprel 2007 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel Trendlife müx.Vüqar İmanov/Əkrəm Əylislinin "Nəfəs" povesti əsasında "Mən bədbəxtəm, sevmə məni" ("Yazığam, sevmə məni)" bədii filmi çəkilib. Qeyd edək ki, film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul edilib, hətta "Yeni əsr, gənclər, yeni fikir" müsabiqəsi çərçivəsində filmin bütün xərclərini nazirlik çəkib. Bu haqda "Nəfəs" filmində baş rolun ifaçısı, respublikanın xalq artisti Amaliya Pənohova eksklüziv olaraq Trendlife müxbirinə xəbər verib.

Film 10 gün ərzində İsmayıllı rayonunun kəndində çəkilib. Çəkilişlər yağış altında, çirkli yerdə, hətta canavar ulartıları altında aparılıb. "Əlbəttə, qorxulu idi. Lakin 15 illik kino fasiləsindən sonra kinoya bir daha çəkilmək ən böyük arzum idi. Film psixoloji dram formasında çəkilib. Hadisələr 40-cı illərdə, Böyük Vətən müharibəsi dövründə baş verir. Filmdə danışılır ki, ucqar bir kənddə cəmi dörd nəfər adam qalıb. Ailə - ata Ağamusa (rolu GTT baş rehissoru Loğman Kərimov oynayıb), onun həyat yoldaşı Ağabəyim (xalq artisti Amaliya Pənahova), gəlinləri Şirin ( Vəfa Rzayeva) və kar, lal olan cavan qonşu oğlu ilə birlikdə yaşayırlar. Oğulun cəbhədə olduğu halda gəlinin hamilə qaldığını ailə bilir. Bəs uşaq kimdəndir? Axı kənddə cəmi 2 kişi var. Qayınananın fikrincə, gəlin oğlunun adına ləkə gətirib, buna görə də o, gəlini adımbaaddım izləməyə başlayır. Filmin sonu bütün tamaşaçıları təəccübləndirəcək. Filmin təqdimatı avqustda olacaq".

Qeyd edək ki, film gənc kinomatoqrafçılar tərəfindən çəkilib. Ssenari müəllifi və quruluşçu rejissoru Xəyyam Abdullayev, rejissor Elməddin Əliyev, operator Rövşən Quliyevdir. Film yayda Bakıda keçirilən qısametrajlı filmlər festivalında təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti