...

Azərbaycanın ədliyyə naziri Avstriya Konstitusiya Məhkməsinin rəhbərini qəbul edib

Cəmiyyət Materials 19 Aprel 2007 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov cümə axşamı ölkəmizdə səfərdə olan Avstriya Konstitusiya Məhkəməsinin sədr əvəzi xanım Briqitte Birlaynla görüşüb. F.Məmmədov Azərbaycan-Avstriya əlaqələrinin uğurla inkişaf etdiyini, ölkədə hüquqi sahədə aparılan islahatların səmərə verdiyini bildirib.

Qonaq Azərbaycanda hüquqi islahatlar sahəsində atılan uğurlu addımların mükəmməl məhkəmə sisteminin formalaşmasına və demkratiyanın inkişafına xidmət etdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı digər məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti