...

Həbs edilən azərbaycanlı jurnalistin müdafiəsi məqsədilə etiraz aksiyalarına başlanacaq

Cəmiyyət Materials 20 Aprel 2007 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Cümə günü Yasamal rayon məhkəməsində barəsində həbs qərarı çıxarılan "Gündəlik Azərbaycan"-"Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin hüquqlarını müdafiə etmək üçün 35 nəfərdən ibarət Müdafiə Komitəsi yaradılıb. Bu barədə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib.

Cümə günü Fətullayev məhkəmə zalında həbs olunduqdan dərhal sonra Redaktorlar Birliyinin toplantısı keçirilib. Müdafiə Komitəsinin yaradılması qərara alınıb, müxtəlif tipli etiraz aksiyalarının, aclıq aksiyasının keçirilməsi nəzərdə tutulur.

Müdafiə Komitəsinə altı deputat, hüquq müdafiəçiləri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, jurnalist qurumlarının rəhbərləri, qəzet redaktorları daxildir. Müdafiə Komitəsinə altı deputat, hüquq müdafiəçiləri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, jurnalist qurumlarının rəhbərləri, qəzet redaktorları daxildir.

Qeyd edək ki, Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə prosesi cümə günü davam etdirilib. Məhkəməyə verdiyi ifadədə Fətullayev özünün təqsirli olmadığını bildirib. O, "Qarabağ gündəliyi" adlı məqalədə öz adından heç bir fikir verməyini və  dərc edilən fikirlərin onun müsahiblərinə məxsus olduğunu deyib. Hakim Fətullayevin iki il altı ay həbs cəzasına məhkum edilməsi barədə qərar çıxarıb və o, mənkəmə zalındaca həbs edilib.

Xəbər lenti

Xəbər lenti