...

ABŞ-ın Türkiyə və Azərbaycan diasporları ermənilərin tələbinə qarşı etirazla çıxış edəcək

Cəmiyyət Materials 21 Aprel 2007 12:59 (UTC +04:00)
ABŞ-ın Türkiyə və Azərbaycan diasporları ermənilərin tələbinə qarşı etirazla çıxış edəcək

ABŞ,Vaşinqton/müxbir Trend A.Qara/ABŞ-ın Türkiyə və Azərbaycan diaspor təşkilatları Nyu-York və Vaşinqtonda bir sıra etiraz aksiyalarına hazırlaşır. Bu etirazlar ABŞ hökumətindən 1915-1918-ci illərdə "erməni soyqırımı"nın tanınması tələbi ilə bağlı erməni diasporunun fəallaşmasına cavab olaraq keçiriləcək.

Birinci aksiya bu gün Nyu-Yorkun Taym meydanında keçiriləcək, bunun ardınca aprelin 22 və 23-də Amerikanın paytaxtında etiraz aksiyası davam etdiriləcək. Aksiyaların təşkilatçısı ATACAL təşkilatıdır. Amerikada Azərbaycan icması Azərbaycanın Şuşa rayonunun işğalı günü - mayın 8-də Vaşinqtonda Ermənistan səfirliyi qarşısında əlavə etiraz aksiyası keçirməyi də planlaşdırır. Türk-Azərbaycan Assosiasiyaları Assambleyasının baş katibi Oya Beyn bildirib ki, bu etirazlar ABŞ-da Türkiyə və Azərbaycan diasporları arasında yeni və sıx əməkdaşlığı əks etdirir. Keçən il ABŞ-da təşkil olunmuş bütün əvvəlki etirazlar kimi, bu aksiyalar da erməni tələblərinin həqiqətə uyğun olmamasını Amerika cəmiyyətinin diqqətinə çatdırılmasına istiqamətləndirilib.

Xəbər lenti

Xəbər lenti