...

Seçenov adına Tibb Akademiyası əcnəbi tələbələrini irqçi təhlükədən qorumaq üçün tətil elan edib

Cəmiyyət Materials 21 Aprel 2007 13:03 (UTC +04:00)

Rusiya, Moskva/müx. Trend R.Ağayev/ Moskvadakı M.Seçenov adına Tibb Akademiyası əcnəbi tələbələrini Adolf Hitlerin doğum gününün 118-ci ildönümü qeyd olunacaq 20 aprel ərəfəsində xüsusi fəallıq göstərən neonasist grupların törədə biləcəyi vəhşiliklərdən qorumaq üçün cümə axşamından şənbə gününə qədər dərslərə ara verməyi qərara alıb. Ötən illərdə rus neonasist qrupların Hitlerin doğum gününü qeyd etmək üçün bu tarixlərdə küçələrdə keçirdikləri nümayişlərdə xeyli dəhşətli irqçi hadisələr qeydə alınmışdı.

Akademiya eyni zamanda bu müddət ərzində təhlükəsizlik baxımından əcnəbi tələbələrin yataqxanalardan çıxmasına qadağa qoyub. Akademiyanin belə qərarlar verməsi ötən illərdə Rusiyada artan ksenofobiya və irqçiliyi, hökumətin isə bu hal qarşındakı acizliyini və fəalliyyətsizliyini əks etdirir. Keçən həftə ərzində irqçilərin hücumuna məruz qalan tacikistanlı küçə təmizləyici və erməni əsilli iş adamı dünyasını dəyişib. Təkcə 2006-cı ildə irqçiliklə bağlı hadisələrdə Rusiyada 50-dən artıq insan öldürülüb, bir neçə yüz nəfər isə xəsarət alıb.

Tələbələrin Akademiya rəhbərliyinin bu qərarına münasibəti isə birmənalı olmayıb. Bəzi tələbələr Akademiya idarəsinin bu qərarından razı olduqlarını və Akademiyanın onları qoruma təşəbbüsünü yüksək qiymətləndirdiklərini bildiriblər. Digər tərəfdən nifrətin təbliği ilə məşğul olan qruplara qarşı Rusiya dövlətinin lazımi səviyyədə mübarizə aparmadığından şikayət edən tələbələr bu tədbirlərin avtoritar mahiyyət daşıdığını düşünürlər.

Xəbər lenti

Xəbər lenti