...

Polşa və Azərbaycan təhsil sahəsində təcrübə mübadiləsi edəcək

Cəmiyyət Materials 24 Aprel 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /müx. "TrendLife" İ.Əsədova/

Aprel ayının 26-28-də Polşa Təhsil Sisteminin İnkişaf Fondunun direktoru Miroslav Marşevski və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri gözlənilir. Bakıda keçiriləcək görüşlər çərçivəsində Bakı və Varşava arasında olan ikitərəfli münasibətlər müzakirə olunacaq. Həmçinin gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Misir Mərdanovla görüşlər gözlənilir. Bu haqda Polşanın Azərbaycandakı səfiri xəbər verib.

Xəbər lenti

Xəbər lenti