...

Korneliya Fon Kerssenbor yenidən Bakıda çıxış edəcək

Cəmiyyət Materials 24 Aprel 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /müx. "TrendLife" E.Hüseynzadə/

May ayının 6-da Opera və Balet Teatrında "Traviata" operası nümayiş ediləcək. "TrendLife"ın verdiyi məlumata görə, tamaşaya drijorluq etmək üçün tanınmış qadın drijor almaniyalı Korneliya Fon Kerseenbor dəvət edilib. Onu da qeyd edək ki, o, Bakıda aprel ayının əvvəlində çıxış edib.

Həmçinin "Traviata" operasında gənc opera müğənniləri iştirak edəcəklər. Alfredo rolunu Samir Cəfərov, Jerven rolunu Əvəz Abdullayev, Violeta rolunu isə Əməkdar artist Gülnaz İsmayılova ifa edəcək.

Xəbər lenti

Xəbər lenti