...

"Neftçi" futbol klubunun keçmiş prezidenti məhkəmədə ifadə verib

Cəmiyyət Materials 25 Aprel 2007 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Cavadova/ Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə aprelin 25-də Dövlət İncəsənət Muzeyindən oğurlayıb xaricə satmaqda və "Neftçi" İdman Klubunun prezidenti vəzifəsində işləyərkən kluba məxsus 182 milyon manatı mənimsəməkdə təqsirli bilinən Aydın İbrahimovun məhkəməsi başlayıb.

Məhkəmə iclasında Aydın İbrahimov ifadə verib. İbrahimov ona elan olunan ittihamı qəbul etməyib və özünü həmin cinayətlərdə təqsirli bilməyib. İbrahimov ifadəsində bildirib ki, muzeydəki sənət əsərlərini həyat yoldaşı Natəvan Ələsgərova və tanışları Masatsuqa Koqa, Yakov İfrahimov, Simon Mişiyevlə birgə Türkiyəyə və Amerikaya aparması barədə ittihamlar əsassızdır: "1997-ci ildən sonra Natəvanı görməmişəm və onun tutulması barədə ABŞ mətbuatından eşitmişəm. Mənim Natəvanın və adları çəkilən digər şəxslərin Bakı şəhərində rəsm əsərləri oğurlamaları barədə heç bir məlumatım olmayıb".

İbrahimov "Neftçi" İdman Klubunun 182 milyon manat əmlakını mənimsəməsi faktı ilə bağlı ittihamı da məhkəmədə qəbul etməyib. O, ifadəsində heç bir əmlak mənimsəmədiyini, əksinə, öz şəxsi vəsaitindən idmançılara pul verdiyini deyib: "Mən həmin dövrdə pulu vitse-prezident işləmiş Naydenovaya kassaya keçirməsini tapşırmışdım. Ancaq sonradan mənə məlum olub ki, Naydenova həmin məbləği mühasibatlıqda sənədləşdirməyib".

Xəbər lenti

Xəbər lenti