...

Azərbaycanın sambo yığması Avropa çempionatına yollanıb

Cəmiyyət Materials 25 Aprel 2007 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Sambo üzrə Azərbaycan yığması Sofiyaya yola düşüb. Həftə sonu burada sambo üzrə Avropa çempionatı keçiriləcək. Yığmanın baş məşqçisi Mübariz İbrahimovun Trend ə verdiyi məlumata görə, heyətə İslam Qasımov ( 52 kq), Elçin Mayılov ( 57 kq), Hakim Nəzərəliev ( 62 kq), Zabil Fərhadov ( 68 kq), Azad Fətullayev ( 74 kq), Akif Xudiyev ( 82 kq), Ruslan Rüstəmov ( 90 kq) və Vasif Səfərbəyov ( 100 kq) daxil edilib.

Məşqçinin fikrincə, yetirmələrinin bu cür yarışlardakı təcrübəsi onlara ən yüksək yerlər uğrunda mübarizə aparmaq imkanı verir. Halbuki həmyerlilərimizin əsas rəqibləri arasında Rusiya, Gürcüstan, Bolqarıstan və digər ölkələrdən güclü samboçular var.

Onu da qeyd edək ki, qitə birinciliyində azərbaycanlı hakimlər də yer alacaq. Bunlar beynəlxalq kateqoriyalı arbitrlər Cabir İsmayılovla Yaqub Abdullayevdir.

Xəbər lenti

Xəbər lenti