...

BMT-nin xüsusi məruzəçisi Bakıda görüşlər keçirir – versiya 3

Cəmiyyət Materials 25 Aprel 2007 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakıda səfərdə olan BMT-nin fikir və ifadə azadlığı hüququnun qorunması və təşviqi üzrə xüsusi məruzəçisi Ambeyi Liqabo çərşənbə günü Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşüb. Bu barədə Amaşov məlumat verib.

Görüşdə Mətbuat Şurasının fəaliyyəti, çıxardığı qərarlar, Azərbaycanda söz və mətbuat azadlığının müdafiəsi üçün görülən tədbirlər, həmçinin jurnalistlərə təzyiqlər göstərilməsi, diffamasiya haqqında qanun, jurnalistərin hakimiyyət məmurları ilə münasibətləri və başqa bu kimi məsələlər barədə müzakirələr aparılıb. Amaşov BMT nümayəndəsinə Mətbuat Şurasının gördüyü işlər barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti