...

Prezident Aparatının şöbə müdiri: "Həbs olunan jurnalistlər azadlığa buraxıla bilər"

Cəmiyyət Materials 26 Aprel 2007 13:02 (UTC +04:00)
Prezident Aparatının şöbə müdiri: "Həbs olunan  jurnalistlər azadlığa buraxıla bilər"

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan qəzetlərinin həbsdə saxlanılan beş jurnalisti azadlığa buraxıla bilər. Bu barədə cümə axşamı bəyanat verən Azərbaycan prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bununla yanaşı qeyd edib ki, onların azadlığa buraxılması qanuna dırnaqarası yanaşmalarına gətirib çıxarmamalıdır.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti KİV-lə cəmiyyət arasında normal əlaqələr qurmağa çalışır.

Həsənov həmçinin bəyan edib ki, bəzi hallarda KİV təmsilçiləri özlərini qanunlardan üstün tuturlar, habelə ictimai həyatın normalarına və vətəndaşların şəxsi hüquqlarına hörmətsiz yanaşırlar. Nəticədə bu, məhkəmə çəkişmələrinə və digər qarşıdurmalara gətirib çıxarır. "Biz elə etməliyik ki, gələcəkdə həm jurnalistlər vətəndaşların hüquqlarını nəzərə alsın, həm də vətəndaşlar yazılara dözümlə yanaşsın" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti