...

Vəkil Adil İsmayılov "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidentinin müdafiəsindən kənarlaşdırılıb

Cəmiyyət Materials 26 Aprel 2007 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Vəkil Adil İsmayılov "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevin müdafiəsindən kənarlaşdırılıb. Vəkil İsmayılov cümə axşamı Trend ə bildirib ki, ötən həftənin cümə axşamı ona məhkəmə prosesində müdafiəçi kimi iştirak etməyə icazə verilsə də, dünən prosesə sədrlik edən hakim Tofiq Paşayev ona vəkil kimi prosesdə iştirak etməyə icazə verilmədiyini deyib. Əsas kimi isə İsmayılovun istintaqdan kənarlaşdırılması göstərilib. Vəkil hakimin bu qərarını qanunsuz hesab edir və bu barədə məhkəməyə müraciət edəcəyini vurğulayıb.

İsmayılov istintaqda sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin vəkili kimi iştirak edib. İstintaq sirrini yaydığı üçün Baş Prokurorluğun qərarı ilə istintaqdan kənarlaşdırılıb.

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev , qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev barəsindəki cinayət işi baxılmaq üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldar Əfəndiyev çərşənbə axşamı Trend ə bildirib ki, iş üzrə 19 nəfər təqsirləndirilən qismində tanınıb. Onlara Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə), 192.1, 192.2-ci (qanunsuz sahibkarlıq), 206.4 (qaçaqmalçılıq), 213.4 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.2, 311.3.3 (rüşvət alma), 313(vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Xəbər lenti

Xəbər lenti