Azərbaycan, Bakı, 27 aprel /korr.TrendLife Fərid Sadıxov/Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün "Dövlət qulluğu haqqında" qanununa uyğun olaraq aprelin 28-də bir sıra dövlət təşkilatlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. İmtahanlarda 930 namizəd iştirak edəcək.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üzrə 156, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə 10, Hesablama Palatası üzrə 165, Mədəniyyət və Turizm Nazirliyi üzrə 132, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üzrə 53, Nəqliyyat Nazirliyi üzrə 17, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 3, "Dövlətqaçqınkom" üzrə 31, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi üzrə 47, Dövlət Sosial Müdafiə Fondu üzrə 33, Statistika Komitəsi üzrə 7, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə 64, Gənclər və İdman Nazirliyi üzrə 4, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 155, Sənaye və Energetika Nazirliyi üzrə 53 namizəd imtahan verəcək.
Imtahanda namizədlərə üç saat ərzində 100 suala cavab verməlidirlər. Hər sual bir balla qiymətləndiriləcək və ümumi balı 80-dən artıq olan namizədlər növbəti mərhələyə buraxılacaqlar.