...

Avropa Gimnastika Birliyinin nümayəndəsi: Bakıdakı çempionat kəskin mübarizədə keçəcək

Cəmiyyət Materials 28 Aprel 2007 13:48 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/"Bakıda bədii gimnastika üzrə Avropa Çempionatı yalnız fərdi hesabda çətin rəqabətlə deyil, həmçinin yunior komandalar arasında kəskin mübarizədə keçəcək". Bu barədə Trend ə Avropanın Gimnastika Birliyinin (UEG) Texniki Komitəsinin nümayəndəsi Natalya Kuzmina birinciliyin püşkatmasının yekunlarını şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, yüksək yerlər üçün mübarizə bir neçə səbəbdən prinsipial olacaq. "Son illər Avropada günəş atında yerə namizəd olan daha çox komandalar yaranır. Eyni zamanda yuniorlar üçün çempionat özlərini göstərmək və potensialını nümayiş etdirmək üçün əla imkan olacaq", - deyə N.Kuzmina qeyd edib.

O həmçinin vurğulayıb ki, bütün aparıcı gimnastların Avropada cəmləşməsini nəzərə alaraq qitə birinciliyinin səviyyəsi mundialdan daha yüksək olacaq.

Xəbər lenti

Xəbər lenti