...

Azərbaycanda əkiz doğulan uşaqların sayı artıb

Cəmiyyət Materials 30 Aprel 2007 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx. " F.Sadıxov

Hər il ölkəmizdə dünyaya gələn uşaqların bir qismi əkiz doğulur. Xarici ölkələrdən fərqli olaraq Azərbaycanda əkizlər ən çox halda 2, bəzi hallarda isə 3 uşaqlı olurlar. Maraqlıdır ki, son illər ölkəmizdə əkiz doğulan uşaqların sayında artım müşahidə edilir. Bu barədə "TrendLife"a Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, 2007-ci ilin birinci rübü ərzində ölkədə 38,4 min körpə (53,8 % oğlan, 46,2 % qız) doğulub. Yeni doğulanlar arasında əkiz uşaqlar da çoxdur. Belə ki, yanvar-mart ayları ərzində 398 uşaq cüt əkiz doğulub. 9 doğum hadisəsinin hər birində isə analar eyni vaxtda üç əkiz uşaq dünyaya gətiriblər. Bu göstəricilərin ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çox olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti