...

Azərbaycanda hava şəraiti dəyişəcək

Cəmiyyət Materials 30 Aprel 2007 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda hava şəraiti həftənin birinci yarısında mülayim isti, əsasən yağmursuz keçəcək. Bu barədə bazar ertəsi Trend ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, bu müddət Bakı və Abşeron yarımadasında havanın temperaturu 15-20, bəzi yerlərdə isə 24 dərəcə olacaq. Aran rayonlarında 26, dağlıq ərazilərdə isə 11-16 dərəcə olacaq. Həftənin ikinci yarısında isə hava şəraitinin qeyri-sabit keçəcəyi, gecə və axşam saatlarında yağış yağacağı istisna olunmur. Arabir güclənən şimal-qərb küləyi üstünlük təşkil edəcək, temperatur 4-7 dərəcə düşəcək.

Xəbər lenti

Xəbər lenti