...

Həqiqət Rzayevanın yubileyi Lənkəranda qeyd olunacaq

Cəmiyyət Materials 1 May 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /müx.Trendlife Eldar Hüseynzadə/May ayının 13-də Lənkəranın Mədəniyyət Sarayında Azərbaycanın xalq artisti Həqiqət Rzayevanın 100 illik yubileyi keçiriləcək. Bu haqda Trendlife-a mədəniyyət və turizm Nazirliyi musiqi şöbəsinin müdiri Fərəh Əliyeva xəbər verib.

Bu tədbir Azərbaycanda birinci musiqi festivalı çərçivəsində keçiriləcək. Qeyd edək ki, bu tədbir prezident İlham Əliyevin göstərişi ilə dövlət səviyyəsində keçiriləcək. H.Rzayeva Azərbaycanda ilk müğənnidir və milli musiqimizin inkişafında onun böyük rolu olub. O, 1927-ci ildən Azərbaycan Dövlət Opera, həm də dram teatrlarında işləyib. H. Rzayeva "Şah İsmayıl", "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" operalarında, "Arşın mal alan", "O olmasın, bu olsun" operettalarında əsas rolları oynayıb.

Xəbər lenti

Xəbər lenti